"Xəzər Lənkəran" mart sindromunu qırdı

"Xəzər Lənkəran" mart sindromunu qırdı
XƏBƏR 3 Aprel 2012 / 14:16 1513
-  A +

Unibank Premyer Liqanın XXVI turunun “İnter”lə oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” uğursuz seriyaya son qoyub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi son 5 matçda qələbə qazana bilmirdi.

cəmi 25 gün əvvəl – martın 7-də səfərdə “Turan”ı 1:0 hesabı ilə üstələdikdən sonra “Xəzər Lənkəran” klubu 5 qarşılaşmaya çıxmışdı. Lakin bu qarşılaşmalarda "Xəzər Lənkəran" qələbəsizlik sindromuna düçar olmuşdu. Nəhayət ki, bu sindromu qıran Yunis Hüseynovun komandası bu dəfə öz meydanında – “İnter”lə görüşdə 3 xalı bayram edib.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqada martın 11-də səfərdə “Qarabağ”a, 8 gün sonra evdə “Bakı”ya 0:1 hesabı ilə məğlub olduqdan sonra martın 24-də “Neftçi”nin meydanından xalla dönmüşdü – 1:1. “İnter”lə martın 14 və 28-dəki kubok matçları isə uğursuz alınmışdı – 2:3 və 1:1.

 


Son xəbərlər