«Futbol saatı» verilişinə ciddi zərbə

«Futbol saatı» verilişinə ciddi zərbə
ÖLKƏ FUTBOLU 3 Aprel 2012 / 14:17 12858
-  A +

Dünəndən etibarən «Xəzər TV»də yayımlanan «Futbol saatı» verilişinin formatında ciddi dəyişiklik edilib.

Qol.Az-ın məlumatına görə, bir qayda olaraq Azərbaycan futbolunu işıqlandıran verilişdə bu dəfə yalnız oyunların xülasəsi verilib. Əvvəlki verilişlərdən fərqli olaraq, bu dəfə xarici futbola da yer ayrılıb. Ən diqqət çəkən məqam isə dünənki verilişdə ekspertlərin iştirak etməməsi olub.

«Futbol saatı»nın aparıcısı Emin Abbasov Qol.Az-ın müxbirinə qısaca olaraq bildirib ki, verilişin formatı dəyişib: «Futbol saatı» efirə çıxmazdan əvvəl dedilər ki, bundan sonra format belə olacaq».

«Xəzər TV»nin xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostan da Qol.Az-a açıqlamasında «Futbol saatı»nın formatının dəyişdiyini təsdiqləyib. Lakin o, bunun səbəbləri barədə danışmayıb: «Məsləhət oldu ki, veriliş bir müddət bu formatda efirə çıxsın. Gələcəkdə necə olacaq, bilinmir. Hələ ki, belə davam edəcəyik».

O, verilişin formatının kənar təzyiqlər səbəbindən dəyişməsiylə bağlı fikirləri qəbul etməyib.



Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı