Xaqani Məmmədov: «İnter»in futbolçularına göstərilən qırmızı vərəqə ləğv oluna bilməz»

Xaqani Məmmədov: «İnter»in futbolçularına göstərilən qırmızı vərəqə ləğv oluna bilməz»
ÖLKƏ FUTBOLU 3 Aprel 2012 / 13:54 2323
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Unibank Premyer Liqanın 26-cı turunun «Xəzər Lənkəran» - «İnter» və «Qarabağ» - «Neftçi» oyunlarındakı mübahisəli hakim qərarlarına münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki,  Lənkərandakı matçda göstərilən üç qırmızı vərəqədən ikisi doğrudur: «Yalnız üçüncü qırmızı vərəqə - «İnter»in oyunçusu Valeri Abramidzeyə göstərilən qırmızı vərəqəylə bağlı fikir yürütməkdə çətinlik çəkirəm. Məsələ burasındadır ki, hakim protokolda həmin epizodda Abramidzenin onu söydüyünü  yazıb. İndi oyunun videoyazısına baxanda gürcü futbolçunun həqiqətən də belə hərəkət edib-etmədiyi ilə bağlı birmənalı fikir yürütmək olmur. Amma iki qırmızı -  «Xəzər Lənkəran» və «İnter»in oyunçularına göstərilən vərəqələr doğrudur».

X.Məmmədov qırmızı vərəqələrin ləğviylə bağlı «İnter»in AFFA və PFL rəhbərliyinə ünvanladığı müraciətə də münasibət açıqlayıb. O qeyd edib ki, qırmızı vərəğə ləğv oluna bilməz: «Qırmızı vərəqə o halda ləğv olunur ki, hakim səhvən başqasını cəzalandırıb».

Quzanlıda keçirilən «Qarabağ» - «Neftçi» matçındakı epizodlar barədə danışan Məmmədov bunları söyləyib: «Daha çox iki epizod - Bahadır Nəsimovun qolunun qeydə alınmaması və Əfran İsmayılovun penalti istəməsi qabardılır. Bahadırın epizodunda həqiqətən də qayda pozulub. Özbək futbolçu Admir Teliylə hava mübarizəsində rəqibi itələmişdi. Hakim epizoda yaxın idi. Onun qərarı doğrudur. İkinci epizodda da hakim ideal mövqedədir. Oyunun videoyazısından da görünür ki, heç bir kobudluq edilməyib».

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı