Roberto Karlosa 300 milyon avro verildi

Roberto Karlosa 300 milyon avro verildi
XƏBƏR 3 Aprel 2012 / 03:27 2629
-  A +

Yeni mövsümdən Çempionlar Liqasına qatılmağı planlaşdıran Rusiyanın "Anji" klubu bu yöndə ilk addımını atıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Anji"nin sahibi Süleyman Kərimov bu məqsədlə klubun idman direktoru Roberto Karlosa uğurlu transfer etməsi üçün 300 milyon avro verib. 
 
Karlosun ilk hədəfi isə İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçuları Mahaçqala klubuna transfer etmək olacaq. Bu futbolçular sırasında Karlos Tevez, Frənk Lempard və Didye Droqba kimi oyunçular da var.

Qeyd edək ki, Karlosun vətəni Braziliyadan da bir neçə futbolçunu transfer edəcəyi istisna olunmur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki