"Beşiktaş" baş məşqçisini istefaya göndərdi

"Beşiktaş" baş məşqçisini istefaya göndərdi
GÜNDƏM 3 Aprel 2012 / 01:05 2536
-  A +

"Beşiktaş" klubu baş məşqçisi Karlos Karvalhal ilə yollarını rəsmən ayırıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qərar klubun yeni prezidenti Fikrət Orman başda olmaqla ötən gün keçirilən iclasında verilib.

Baş tutan 5 saatlıq iclasın ardından portuqaliyalı mütəxəssis istefaya göndərilib və Karvalhalla müqavilə qarşılıqlı olaraq ləğv edilib. Buna isə "Beşiktaş"ın xüsusilə son dövrlərdə yaşadığı uğursuzluqlar səbəb göstərilir. Komandadan ayrılan Karvalhalı isə sabiq baş məşqçi Tayfur Havutçu əvəzləyəcək.

Qeyd edək ki, mövsümün əvvəlində Türkiyə futbolunda danışılmış oyunlarla əlaqədar olaraq həbs edilmiş Havutçu, daha sonra günahsız olduğu sübuta yetirilməsinin ardından azadlığa buraxılmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı