Avropa çempionatından imtina edən şahmatçılarımız cəzalandırılmayacaq

Avropa çempionatından imtina edən şahmatçılarımız cəzalandırılmayacaq
XƏBƏR 3 Aprel 2012 / 00:45 1505
-  A +

“Şahmatçılarımız Şəhriyar Məmmədyarovla Eltac Səfərlinin Avropa çempionatını yarımçıq tərk etmələrinə təəssüf edirəm. Bu, müsbət hal deyil”.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş şəxsi Avropa çempionatındakı qalmaqalı Lent.az-a şərh edərkən belə deyib.

Yarış zamanı şahmatçılarımız 40-cı gedişdən əvvəl rəqibləri ilə heç-heçəyə razılaşdıqları üçün texniki məğlubiyyət alıblar. Buna etiraz əlaməti kimi Məmmədyarov və Səfərli çempionatı yarımçıq tərk ediblər. M.Məmmədovun sözlərinə görə, qaydalar nə qədər sərt olsa da, ona əməl etmək lazımdır. Lakin federasiya rəsmisi şahmatçılarımızın cəzalandırılmasını məqsədəuyğun saymayıb:

“Burada Azərbaycanın imicini pozan bir hərəkət görmürəm. Şəxsi yarışdır, hərə öz nəticəsinə görə cavabdehdir. Onları cəzalandırmaq yox, əksinə, hazırkı psixoloji durumdan çıxarmaq üçün dəstək olmalıyıq. Amma onu da qeyd etməliyəm ki, nəticə, yüksək yerlər uğrunda yarışan idmançıların əsəbləri adi insanlardan fərqlənməlidir”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın