"Neftçi" intriqanı bərpa etdi

"Neftçi" intriqanı bərpa etdi
ÖLKƏ FUTBOLU 19 Aprel 2009 / 17:55 5393
-  A +

Qol.Az saytı bu gün saat 16:00-dan etibarən premyer-liqanın XXII turun iknci oyun gününün qarşılaşmalarından canlı mətn-reportaj yayımladı.

19 aprel, bazar
"İnter" - "Neftçi" 2:2
"Şəfa" stadionu
Hakimlər: Fariz Yusifov, Azər Məmmədov, Vaqif Musayev, Azad Mütəllimov 
Qollar: Stefanov (24), Olifer (44) - Quqlemon (52,56) 

Oyun başa çatdı.
80. Nyaqanın təhlükəli zərbəsini Vilson tuta bilir. 
64. "İnter" meydanda azlıqda qaldı. Arnaut ikinci sarı vərəqə və avtomotik qırmızı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk etdi.
56. QOLL. Hesab artıq 2:2-dir. Quqlemon özünün və komandasının ikinci qolunu vurdu.
52. QOLL. "İnter" ikinci hissəyə qolla başladı. Valter Quqlemon hesab arasındakı fərqi azaltdı. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44. QOLL.
"Neftçi" ikinci qolu vurdu. Olifer fərqləndi.
36. Nyaqa daha bir şansı boşa verdi. 
31.
"İnter" qapısında qol gördükdən sonra bir qədər fəallaşıb. Lakin "Neftçi"nin arxa xətti hələ ki sayıqlığı itirmir.
26. "Neftçi" ikinci qolu vurmağa yaxın idi. Lakin Nyaqanın zərbəsi qapının üstündən keçdi.
24. QOLL. "Neftçi" hesabı açdı. Stefanov fərqləndi.
11. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir.
5. Oyuna "Neftçi" fəal başlayıb. Elmar Bxşıyevin zərbəsi bir o qədər qüvvətli alınmadı.
Oyun başladı.



"Karvan" - "Muğan"  3:1
Yevlax şəhər stadionu
Hakimlər:
Hacıəli Ağayev, Əliyar Ağayev, Elşən Durmuşov, Ramil Diniyev
Qollar: Murad Ağakoşiyev (77), Əziz Quliyev (80), Mixael Mesxi (90) - Vladimir Taranu (87)


"Karvan" ikinci dövrədə ilk qələbəsini qazandı.
Oyun başa çatdı.
90. QOL. Mesxi üçüncü qolu vurdu.
87. QOL. Taranu hesab arasındkaı gfərqi minimuma endirir.   
80. Əziz Quliyev "Karvan"ın ikinci qolunu vurur - 2:0
77. Murad Ağakişiyev hesabı açır - 1:0.
63. "Karvan" oyunda ən real qol epizodunu yaratdı. Mixael Mesxi qapıçıyla təkbətək qaldı. Gürcü futbolçu qapıçını aldatsa da, topu boş qapıya göndərə bilmədi.  
60. Murad Ağakişiyev əlverişli mövqedən topu qapıya göndərə bilmədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45.
Ernani Pereyranın başla zərbəsi yandan tora dəydi.
41. "Muğan"dan Cavid Rəhimov hesabı aça bilərdi. Lakin "Karvan"ın qapıçısı onun zərbəsini tuta bildi.
38. Vüqar Nadirov fərqlənməyə yaxın olsa da, zərbəsini müdafiəçilər qaytara bildirlər.
30. Bu dəqiqələrdə mübarizə meydanın mərkəzində gedir.
24. "Muğan" hesabı açmağa çox yaxın idi. Lakin Sənan Qurbanov əlverişli vəziyyətdən topu qapının üstündən vurdu.
20. "Muğan"dan Elnur Abdullayevin uzaqdan zərbəsi təhlükəli alındı.
16. Mesxi iki müdafiəçidən sıyrılıb qapıya zərbə endirdi. Top az fərqlə dirəyin yanından keçdi. İlk dəqiqələrdə "Karvan" fəaldır.
3. İlk təhlükəli hücumu meydan sahibləri qurdular. Vüqar Nadirovun zərbəsini son anda "Muğan"ın qapıçısı qaytara bildi.
Oyun başladı.



"Bakılı" - "Turan"  0:2
Zabrat qəsəbə stadionu
Hakimlər: Əfqan Həmzəyev, Vaqif Ayvazov, Qəzənfər Məmmədov, Feyzulla Feyzullayev
Qollar: Viktor İbekoyi (65,85)

Oyun başa çatdı.
85. QOL. "Turan" ikinci qolu vurdu. İbekoyi dublunu rəsmiləşdirdi.
65. QOLL. "Turan" hesabı açdı. Viktor İbekoyi komandasına hava-su kimi lazım olan qolu vurdu. Bu matçda qalib gələcəyi təqdirdə "Turan" premyer-liqada yerini qorumaq baxımından böyük addım atmış olacaq.  
59. İkinci hissə də eyni ssenari ilə davam edir. Qarşılaşma çox sönük keçir. Hər iki tərəf çoxlu sayda top itkisinə yol verir.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
34. "Bakılı" daha çox hücum edən tərəf olsa, matçda qolsuz bərabərlik davam edir.
22. Qapılar qarşısında qol epizodu hələ ki yaranmayıb. Oyun çox sönük keçir.
8. İlk dəqiqələrdə mübarizə meydanın mərkəzində gedir.
Oyun başladı.




18 aprel, şənbə
"Xəzər-Lənkəran" - "Bakı" 3:0
Lənkəran şəhər "Xəzər-Lənkəran" stadionu
Hakimlər:
Vüsal Əliyev, Azad.Q Hüseynov, Azər Əsgərov, Rasim Məmmədov
Qollar: Ahmet Dursun (35, 74), Mario Souza (90+1)

"Bakı" çempionluq mübarizəsində böyük zərbə aldı. "Xəzər-Lənkəran" kubokdakı məğlubiyyətin əvəzini çıxdı.  
Oyun başa çatdı.
90+1. QOLL. Mario Souza üçüncü qolu "Bakı"nın qapısından keçirdi.
90. Vüsal Əliyev ikinci hissəyə 4 dəqiqə əlavə etdi.
85. "Xəzər-Lənkəran"ın heyətində daha bir dəyişiklik. Mario Souza Dieqo Qusmaonu əvəzləyir.
82. Uzun fasilədən sonra Rəşad Abdullayev meydana çıxır. O matçın qəhrəmanı - Ahmet Dursunu əvəzləyir.
80. Ramimin cərimə zərbəsi təhlükəli alındı.
76. "Bakı"nın heyətində sonuncu oyunçu dəyişikliyi baş verdi. Mahmud Qurbanovu Elvin Əliyev əvəzlədi.  
74. QOL. "Xəzər-Lənkəran" ikinci qolu vurdu. Ahmet Dursun fərqləndi.
72. Ahmet Dursun daha bir şansı boşa verdi.
64. "Bakı"nın heyətində daha bir dəyişiklik. Amiran Mucirini Bəxtiyar Soltanov əvəzləyir.
62. Rahid Əmirquliyevin yaxın məsafədən zərbəsi qeyri-dəqiq alındı.
60. "Bakı" ard-arda iki təhlükəli zərbə endirdi qapıya. Lakin nə Ramimin, nə də Cəmşidin zərbəsi dəqiq alındı.  
58. Dieqo Qusmao kobud oyuna görə sarı vərəqəylə cəzalanır.
56. Vadim Boretsin zərbəsi qapıdan aralı keçdi.
49. "Xəzər-Lənkəran" ikinci qolu vurmağa çox yaxın idi. Juninyonun zərbəsindən sonra dirəyə dəyib geri qayıdan top Ahmet Dursunun qarşısına düşdü. Ahmet Dursun 2 metrdən boş qapını dəqiq nişan ala bilmədi.
46. Haciyevski ikinci hissəyə əvəzetməylə başladı. Demetradzeni Batista əvəzləyir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43. Amiran Muciri sarı vərəqəylə cəzalanır.
41. Qoldan sonra da "Xəzər-Lənkəran" hücumlarını davam etdirir.
35. QOL. Ahmet Dursun hesabı açdı.
34. Cambazovun zərbəsi qapıdan az fərqlə aralı keçdi.
29. "Bakı" hesabı açmağa yaxın idi. Lakin Mucirinin zərbəsini son anda Kramarenko kornerə çıxara bildi.  
25. Rahid Əmirquliyev hesabı aça bilərdi. Lakin onun zərbəsi qeyri-dəqiq alındı.
14. "Xəzər-Lənkəran" oyuna fəal başlayıb. Cənublular artıq iki dəfə hesabı açmağa yaxın olublar. 
Oyun başladı.
                                          ***
Komandaların heyətləri artıq məlumdur:
"Xəzər Lənkəran":
1.Dmitri Kramorenko, 3.Denis Silva, 4.Fatih Sonkaya, 6.Ahmet Dursun, 9.İvan Svetkov, 14.Rahid Əmirquliyev, 19.Kostadin Cambazov, 21.Radomir Todorov, 33.Dieqo Qusmao, 55.Osvaldo Martins, 72.Devran Ayhan
Ehtiyyat oyunçular:
12.Ramiz Kərimov, 27.Rəşad Abdullayev, 7.Ruslan Poladov, 23.Audrius Veykutis, 13.Nadir Bencama, 30.Mario Souza, 11.Ramulo Silvano
Baş məşqçi: İqor Ponomaryov

"Bakı": 23.Xalidu Sissoko, 3.Rəfael Əmirbəyov, 4.Vadim Borets, 7.Mahmud Qurbanov, 8.Ernad Skuliç, 9.Georgi Demetradze, 10.Amiran Muciri, 15.Cəmşid Məhərrəmov, 20.Fabio Luis Ramim, 32.Aleksey Savinov, 55.Georgi Adamiya
Ehtiyyat oyunçular:
1.Marko Şarliya, 14.Elvin Əliyev, 17.Ramazan Abbasov, 21.Aleksandar Tomaş, 27.Bəxtiyar Soltanov, 30.Vilyam Roşa Batista, 33. Saşa Yunisoğlu
Baş məşqçi: Coko Hadziyevski


"Qəbələ" - "Standard" 2:1
Qəbələ şəhər stadionu
Hakimlər:
Elçin Məmmədov, Ramiz Əsədov, Səbuhi Əmrahov, Ceyhun Haşımov
Qollar: Kamilyonok (68-penaltidən), Samir Zərgərov (90) - Qutyerres (72)

Oyun başa çatdı.
90. QOL.
Samir Zərgərov "Qəbələ"yə qələbə gətirən qola imza atdı.  
72. QOL. "Standard" hesabı bərabərləşdirdi. Qutyerres fərqləndi. Meydan sahiblərinin sevinci cəmi 4 dəqiqə çəkdi.
 
68. QOL. Kamilyonok penaltidən hesabı açdı.
 
60. Kənanın zərbəsi qeyri-dəqiq alındı.
54. İkinci hissə də "Standard"ın hücumlarıyla keçir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
40. "Qəbələ"dən Kənan Kərimov hesabı aça bilərdi.
34. Rikelme fəallığıyla seçilir. Cənubi amerikalı futbolçunun daha bir zərbəsi zamanı "Qəbələ"nin qapısı qarşısında təhlükə yarandı.
25. "Standard" daha bir qol şansını boşa verdi. Rodriqo Silva qapıçıyla təkbətəkdən yararlana bilmədi.
16. Qonaqlar hesabı aça bilərdilər. Rikelmenin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni "Qəbələ"nin qapıçısı aon anda qaytara bildi
5. İlk dəqiqələrdən meydan sahibləri fəal görünürlər.
Oyun başladı.


"Olimpik" - "Simurq" 0:2
"Şəfa" stadionu
Hakimlər:
Anar Salmanov, İlham Əliyev, İskəndər Əliyev, Elçin Səmədli
Qollar: Bolkvadze (45), Mazyar (69)

Oyun başa çatdı.
82. "Olimpik" hesab arasındakı fərqi azaltmağa çalışsa da, "Simurq"un müdafiə xətti etibarlı oynayır.
69. QOL. "Simurq" artıq 2:0 irəlidədir. Mazyar fərqləndi.  
58. Bu dəqiqələrdə mübarizə meydanın mərkəzində gedir.
50. "Olimpik" ikinci hissəyə fəal başlayıb. Əsgər Abdullayevin yetirmələri hesabı bərabərləşdirməyə çalışırlar.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. QOLL. "Simurq" hesabı açdı. Bolkvadze "Olimpik"in qapısına yol tapdı.
43. Axır ki, "Olimpik" də "Simurq"un qapısı qarçısında təhlükəli epizod yarada bildi. Nizami Hacıyevin zərbəsini "Simurq"un qapıçısı zərərsizləşdirə bildi.  
35. Artyuxun daha bir zərbəsi qapıdan aralı keçdi.
27. Sergey Artuxyun zərbəsini "Olimpik"in qapıçısı qaytara bildi  
17. "Simurq"dan Bolkvadzenin zərbəsi təhlükəli alınır.
6. Matçın startında mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real təhlükəli epizod yoxdur.
Oyun başladı.


"Qarabağ" - MOİK 3:0
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
Hakimlər: Rauf Cabbarov, Roman Vasilyev, Ruslan Babayev, Zöhrab Əliyev
Qollar: Nidal Fərhadoviç (53), Aslan Kərimov (59), Zaur Ramazanov (83) 

Oyun başa çatdı.
83. QOL. Zaur Ramazanov hesabı 3:0-a çatdırdı.
70. Şakirinin zərbəsi təhlükəli alındı.
59. QOLL. Aslan Kərimov "Qarabağ"ın ikinci qolunu vurdu.
53. QOLL. "Qarabağ" ikinci hissəyə qolla başladı. Nidal Fərhadoviç fərqləndi.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42. Cavadovun zərbəsi qapıdan aralı keçdi.
35. "Qarabağ" hücumlarını davam etdirsə də, hələ ki istəyinə çata bilməyib.  
28. Aslan Kərimovun da zərbəsi dirəkdən qayıtdı.
20. "Qarabağ" hücumlarını davam etdirir. Hələ ki, MOİK-in müdafiə xətti səhvsiz oynayır.
10. Vaqif Cavadov hesabı aça bilərdi. Lakin hücumçunun zərbəsi qapı dirəyinə dəydi.
6. Oyuna meydan sahibləri fəal başlayıblar. "Qarabağ" ilk dəqiqələrdən hücuma atılıb.
Oyun başladı.





TURNIR CƏDVƏLİ 

 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "İnter" 22 16 5 1 42-12 53
2. "Bakı" 22 16 2 4 46-13 50
3. "Simurq" 22 14 5 3 34-15 47
4. "Xəzər-Lənkəran" 22 14 4 5 43-15 46
5. "Qarabağ" 22 13 5 5 32-21 41
6. "Olimpik" 22 10 7 5 25-16 37
7. "Neftçi" 22 8 7 70 26-18 31
8. "Standard" 22 9 3 10 20-25 30
9. "Qəbələ" 22 8 6 8 26-17 30
10. "Karvan" 22 9 2 11 24-28 29
11."Turan" 22 3 5 14 16-37 14
12. "Muğan" 22 3 2 17 17-45 11
13. "Bakılı" 22 2 3 17 12-54 9
14. MOİK 22 1 2 19 10-52 5

 

 

Daha çox


Son xəbərlər