Dünya futbolundakı anormal olay Azərbaycanda baş verdi

XƏBƏR 2 Aprel 2012 / 17:10 3875
-  A +

Cari Unibank Premyer Liqasında istefa rekordu qeydə alınıb.

Qol.Az-ın məlumatına görə, bu gün hazırda davam edən çempionatımızda on birinci baş məşqçi dəyişikliyi gerçəkləşib. Belə ki, AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev bu gün istefa verərək komandadan ayrılıb.

Qeyd edək ki, Azərbaycan çempionatında hələ heç bir mövsümdə bu qədər məşqçi istefası olmayıb. Yeri gəlmişkən, belə anarmol olay - bir mövsüm ərzində 11 baş məşqçi dəyişikliyi dünya futbolunda da qeydə alınmayıb.

Qol.Az saytı bu mövsüm Unibank Premyer Liqada qeydə alınan istefaların siyahısını dərc edir.

“Rəvan”: Bəhmən Həsənov, Vladislav Qədirov
AZAL: Elxan Abdullayev, Rafiq Mirzəyev
“Kəpəz”: Mehman Allahverdiyev, Mirbağır İsayev
“Qəbələ”: Toni Adams
“Xəzər Lənkəran”: Mirça Rednik, Cüneyt Biçər
“Simurq”: Sergey Yuran
“Bakı”: Aleksandr Starkov

Qeyd edək ki, yuxarıda adları sadalanan məşqçilərdən Bəhmən Həsənov (“Rəvan”) sonradan yenidən əvvəlki vəzifəsinə qaytarılıb.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı