AZAL-ın məşqçiləri istefa verdi

AZAL-ın məşqçiləri istefa verdi
XƏBƏR 2 Aprel 2012 / 16:46 2027
-  A +

Bu gün AZAL klubunun rəhbərliyi və məşqçilər korpusunun üzvləri arasında görüş keçirilib.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, qısa sürən görüşdə baş məşqçi Rafiq Mirzəyev və onun köməkçiləri komandadan getmək istədiklərini rəhbərliyə çatdırıblar.

Belə ki, onlar rəsmi ərizə ilə müraciət edərək tutduqları vəzifədən istefa verdiklərini bildiriblər.

Klub rəhbərliyi məşqçilər korpusunun istefasını qəbul edib.

Qeyd edək ki, bu cari mövsümdə AZAL-da ikinci baş məşqçi dəyişikliyidir. Bundan öncə Elxan Abdullayev istefaya göndərilmişdi.

Son xəbərlər