Ronaldo: "Belə məsələlərdə dostluq rol oynamır"

XƏBƏR 2 Aprel 2012 / 15:07 2614
-  A +

Madridin «Real» klubunun hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda bu komandanı tərk edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qeyd edək ki, İspaniya mətbuatı «Real»ın baş məşqçisi Joze Mourinyo klub klubu tərk edərsə, onun həmyerlisi Ronaldonun da eyni addımı atacağını yazıb.

Qol.Az-ın məlumatına görə, Portuqaliya televiziyasına müsahibəsində Ronaldo komandanı tərk etməyəcəyini bildirib.

«Mənim öz prinsiplərim var. Mourinyo ilə çox yaxşı münasibətdəyəm. O ki qaldı Mourinyo «Real»dan gedəndə mənim də eyni hərəkəti edəcəyimə, qeyd etməliyəm ki, belə məsələlərdə dostluq rol oynamır. Mən başqalarının elədiklərini təkrarlamaq istəmirəm» - deyə o qeyd edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı