Roberto Mansini: "Balotelliyə güvənmirəm"

Roberto Mansini: "Balotelliyə güvənmirəm"
XƏBƏR 2 Aprel 2012 / 01:56 1842
-  A +

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini komandasının qalmaqallı hücumçusu Mario Balotelli haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis Balotelliyə güvənmədiyini bildirib:

"Balotelli"yə güvənmirəm. Kimsənin də ona güvənəcəyinə inanmıram. Balotelli çox istedadlı futbolçudur. O, qarşıdakı oyunlarda 3 qol birdən vura bilər. Ancaq onun matçın sonunda qırmızı vərəqə ilə meydandan qovulması da istisna deyil. Ona görə də, Balotelliyə güvənməkdə tərəddüd edirəm".

Qeyd edək ki, Mansini daha öncə məşq prosesində lazımi səviyyədə iştirak etmədiyi üçün Balotellini oradan qovmuşdu.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı