Sxadadze: "Lənkəranlılar mənə daş atsa da, onları çox sevirəm"

Sxadadze: "Lənkəranlılar mənə daş atsa da, onları çox sevirəm"
XƏBƏR 1 Aprel 2012 / 21:12 3052
-  A +

"Mənim Lənkəran şəhərinə və onların komandalarına böyük hörmətim var. Baxmayaraq ki, onlar bəzən mənə daş atırlar, amma mən Lənkəranı çox sevirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Xəzər Lənkəran"la oyundan sonra (0:2) keçirilən mətbuat konfransında deyib.
 
Gürcüstanlı mütəxəssis oyunla bağlı şərh verməkdən çəkinib: "İndi oyun haqqında nəsə demək mənə çətindir. Oyuna baxıb analiz etdikdən sonra fikir söyləmək olar".


Son xəbərlər