Georgi Çixradze: “AZAL əks-hücumlardan yaxşı istifadə edir”

XƏBƏR 1 Aprel 2012 / 18:40 1503
-  A +

“Yaxşı oyun oldu, hesabı açsaq da, üstünlüyü qoruya bilmədik. AZAL əks-hücumlardan yaxşı istifadə edir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri  “Simurq”un baş məşqçisi Georgi Çixradze bu gün Unibank Premyer Liqanın 26-cı turunun oyununda öz meydanlarında AZAL klubuna 1:2 hesabıyla uduzduqları oyundan sonra bildirib.

Onun fikrincə, matç bərabər səviyyədə keçib: “Hər iki komanda qol imkanları yaratsa da, rəqibimiz bu imkanlardan daha səmərəli faydalandı”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı