Kamran Ağayev “Xəzər Lənkəran”da qalacaq

Kamran Ağayev “Xəzər Lənkəran”da qalacaq
ÖLKƏ FUTBOLU 18 Aprel 2009 / 11:18 2591
-  A +

Yayda “Xəzər Lənkəran”la hazırkı müqaviləsinin müddəti başa çatan Kamran Ağayev klubunu dəyişməmək qərarına gəlib. “Xəzər-Lənkəran”ın rəsmi internet saytının yaydığı məlumata görə, milli komandamızın da şərəfini qoruyan qolkiper ilk öncə klubunu dəyişmək və ilk növbədə, legioner həyatı yaşamaq istəyində israrlıydısa, dünən klub prezidenti Mais Mənsimovla görüşdükdən sonra karyerasını “Xəzər-Lənkəran”da davam etdirmək qərarını verib.
Hazırda müqavilənin bəzi şərtləri konkretləşdirilir və ən qısa zamanda, Kamran yeni sənədə imza atacaq. 23 yaşlı qolkiper “Xəzər Lənkəran”ı özünə doğma klub hesab etdiyini bildirib: “Karyeramın ən uğurlu dönəmlərini “Xəzər Lənkəran”ın heyətində keçirmişəm. Komandamız və azarkeşlərimiz mənə doğmalaşıb. Düzdü, ölkə xaricinə yollanıb daha səviyyəli çempionatda oynamaq haqda düşünürdüm. Əminəm ki, bu istəyimə görə azarkeşlərimiz məndən inciməz - “böyük çempionat” və ya “böyük klub”da oynamaq hər bir futbolçunun arzusudur. Lakin sonra qərara aldım ki, indi klubu dəyişmək doğru deyil. Hər halda uzun müddətdir zədəliyəm və formada deyiləm. Buna baxmayaraq, “Xəzər Lənkəran” mənə yeni müqavilə təklif etdi və sonda hesab etdim ki, komandada qalmaq ən doğru addımdır. Daha səviyyəli çempionata keçmək imkanımsa hələ olacaq. Gələn mövsümü isə “Xəzər Lənkəran”ın heyətində başlayacam və bundan sonra ilk işim zədəmi müalicə edib komandamıza uğur qazandırmaq. Mənə hər zaman dəstək olar azarkeşlərimizi sevindirmək olacaq”.

 

 

Daha çox


Son xəbərlər