Novruz Əzimov: "Bəxt tərəfimizdə oldu"

XƏBƏR 1 Aprel 2012 / 17:54 1434
-  A +

"Bu gün bəxt də tərəfimizdə oldu. Komandam bu gün əzmkar mübarizə apardı. Lakin ilk hissədə oyunumuz alınmadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Novruz Əzimov "Qəbələ" ilə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.

N.Əzimov görüşlə bağlı daha sonra bunları bildirib: "İkinci hissədə yaxşı oynadıq və qalib gəldik. Komandama bu əzmkar oyuna görə təşəkkür edirəm. Mövsümü 5-ci pillədən daha yuxarıda başa vurmaq istəyirik

Şoliçin meydana sonradan buraxmağıma gəldikdə isə bu futbolçu "Bakı"da davamlı olaraq çıxış edir. Uinston Parksda müəyyən axsamalar var. O, 90 dəqiqə oynaya bilmir. Şoliçi də məhz Parksı əvəzləmək üçün saxlamışdım. Matçın sonlarına doğru Şoliçi meydana buraxdım və o da öz işini gördü".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı