Fatih Kavlak: "Avrokubok şanslarımızı azaltdıq"

Fatih Kavlak: "Avrokubok şanslarımızı azaltdıq"
XƏBƏR 1 Aprel 2012 / 17:46 1672
-  A +

"Matçın ilk 15-20 dəqiqəsində oyunumuz yaxşı alındı. Komandam istədiyim oyunu sərgiləyirdi. Məhz bunun nəticəsi idi ki, ilk hissədə hesabı açdıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Fatih Kavlak "Bakı" ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis ikinci hissədə komandasının oyununda eniş olduğunu bildirib: "İkinci hissədə sanki komandanın oyununda eniş başladı və nəticədə məğlub olduq. Bununla belə, komandam sonadək mübarizə apardı. Bu görüşdə məğlub olmaqla Avrokubok şanslarımızı azaltdıq.
 
Ancaq növbəti oyunlara da 3 xal üçün çıxacağıq və inanıram ki, Avrokuboklara vəsiqə qazancaağıq. Mahir Şükürovun oyununa gəldikdə isə futbolçu hər zaman yaxşı formada ola bilməz. Bu barədə mətbuatda danışmaq istəmirəm".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı