Amit Quluzadə oynadı, komandası qələbə qazandı

Amit Quluzadə oynadı, komandası qələbə qazandı
XƏBƏR 1 Aprel 2012 / 20:53 2201
-  A +

Bu gün Türkiyə Bank Asiya Liqasında XXVIII turun növbəti görüşləri keçirilib.

Qol.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Erciyesspor” evdə "Qaziantep BB"u qəbul edib.

Bu oyuna qədər 36 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan Kayseri təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə rəqibini 2 xal qabaqlayacaqdı ki, belə də olub. İlk hissədə 2 qol vuran Amitin komandası görüşdən qalib ayrılıb - 2:1.

Qeyd edək ki, son turda 73 dəqiqə oynayan Amitin bu görüşdə də iştirak edib. Komandanın baş məçqçisi Kemaləttin Şəntürk matçın 77-ci dəqiqəsində Amiti meydana buraxıb.


Son xəbərlər