Xaqani Məmmədov Anar Salmanovla bağlı narahatlıqdan danışdı

Xaqani Məmmədov Anar Salmanovla bağlı narahatlıqdan danışdı
ÖLKƏ FUTBOLU 1 Aprel 2012 / 13:49 2157
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu gün keçiriləcək «Qarabağ» - «Neftçi» oyununda hakim Anar Salmanovun qonaq komandanın xeyrinə qərarlar çıxaracağı haqda ağdamlı azarkeşlərin narahatlığına münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki, Anar Salmanov UEFA-nın ikinci kateqoriyasında olan bir hakimdir. «Mən onun öz reputasiyasına kölgə salacağına inanmıram. Çıxıb oyunu obyektiv idarə edəcək.  «Altılıq»da hələ ciddi hakim səhvləri olmayıb. Maraqlıdır ki, klub rəhbərləri özləri də Anarın bu oyunu idarə etməsində maraqlıdır. Amma bilmirəm nəyə görəsə, azarkeşlər narahat olmağa başlayıblar» - deyə o bildirib.


 

Daha çox


Son xəbərlər