Lixtenşteyn millisinin baş məşqçisi: “Azərbaycanı üstələməyə borcluyuq”

XƏBƏR 17 Aprel 2009 / 21:54 2298
-  A +

“Bu seçmə mərhələdə düşdüyümüz qrup həddindən artıq çətin oldu. Elə dünya nəhənglərindən sayılan Almaniya və Rusiyanın adını çəkməyim kifayətdir. Finlandiya və Uels də Avropada istənilən komandaya başağrısı ola bilərlər”. Qol.Az-ın məlumatına görə bu sözləri “Vaduts Time” nəşrinə verdiyi açıqlamasında Lixtenşteyn milli komandasının baş məşqçisi Hans-Peter Zauq deyib. O, Azərbaycan milli komandasının da adını çəkməyi unutmayıb. Lakin yuxarıda adlarını çəkdiyi milli komandalardan fərqli olaraq millimiz haqqında elə də yüksək fikirlər söyləməyib: “Azərbaycan millisinin heç bir iddiası yoxdur. Yuxarıda adlarını çəkdiyim millilərdən fərqli olaraq, onları üstələməliyik və hətta mən deyərdim buna borcluyuq. Çünki, ilk matçda səfərdə azərbaycanlılara uduzmadıq. Amma evdə bunu bacaracağımıza inanıram”.
Sonda Zauq Berti Foqts amilini xatırlatmağı unutmayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki