Yüksək temperaturda futbol oyunları dayandırılacaq

Yüksək temperaturda futbol oyunları dayandırılacaq
GÜNDƏM 1 Aprel 2012 / 01:27 2307
-  A +

FİFA yüksək temperatur və nəmlik zamanı futbol oyunlarının dayandırılmasını nəzərdə tutan islahatları bəyənib.

Qol.Az-ın məlumatına görə, bununla bağlı FİFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

FİFA-nın Sürixdə keçirilən toplantısında qəbul edilən layihəyə əsasən, FİFA-nın himayəsi altında keçirilən oyunlar zamanı “soyuma fasiləsi” olacaq. Söhbət nəmlik yüksək olduğu və temperaturun müsbət 31-32 dərəcəyə çatdığı şəraitdən gedir. Bu layihə ilk növbədə 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədardır.

FİFA rəsmiləri 2017-2018-ci illər mövsümünə qədər yığma və klublar arasında beynəlxalq yoldaşlıq oyunlarının keçirilməsi üçün təqvim pəncərəsini də razılaşdırıblar. Yeni qaydalar 2015-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Bu illərdə yığmalar və klublar sentyabr, oktyabr, noyabr və iyun aylarında yoldaşlıq oyunları keçirə bilərlər. Lakin 2015-2016-cı il futbol mövsümü ilə bağlı bir istisna var - iyun ayında komandalar yoldaşlıq oyunları keçirə bilməzlər. Həmin mövsüm sentyabr, oktyabr, noyabr və mart ayları ilə məhdudlaşıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord