Kamal Quliyev “Karvan”dan getdi

Kamal Quliyev “Karvan”dan getdi
ÖLKƏ FUTBOLU 17 Aprel 2009 / 20:30 3568
-  A +

“Artıq “Karvan”lı günlərim başa çatdı. Hazırda klubun düşərgəsini tərk etmişəm və Sumqayitdayam”. Bu sözləri Qol.Az-a “Karvan”ın kapitanı Kamal Quliyev deyib. Kamal baş verənlərə belə aydınlıq gətirib: “Burada yeganə səbəb maliyyə problemidir. Başqa heç bir səbəb yoxdur. Görün, nə vaxtdan maaş ala bilmirik. “Turan”la oyundan qabaq gətirib qırıq-qırıq bir az pul verdilər, onu da matç başa çatan kimi tutub əlimizdən aldılar. Harada belə şey görünüb? Ona görə də Tovuzdakı matçdan sonra düşərgəni tərk elədim. Onsuz özümə söz vermişdim ki, əgər “Turan”ı da məğlub edə bilməsək, darf burada  oynamağın mənası yoxdur. Qərarımı klub rəhbərliyi də bilir, baş məşqçi də. Elə Yunis Hüseynov özü mənə zəng edərək dedi ki, daha sən növbəti oyuna gəlmə. Hər şeyin bu cür nəticələnməsinə çox heyfslənirəm. Ən çox da heyfsləndiyim ilk dövrədə yığdığımız xallara görədir”. Kamalın sözlərinə görə, onunla bərabər qapıçı Vitali Kavalyov və müdafiəçi Ruslan Qafitulinə də deyilib ki, daha klubun düşərgəsinə gəlməsinlər. “Karvan”la müqaviləsi yayda başa çatacaq Kamal hələ ki heç bir klubla danışıq aparmadığını da diqqətimizə çatdırdı  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın