Ronaldo: "Hələ də hədəfimə çatmamışam"

Ronaldo: "Hələ də hədəfimə çatmamışam"
XƏBƏR 1 Aprel 2012 / 00:01 2169
-  A +

"Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldo karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "TVI"yə açıqlama verən portuqaliyalı futbolçu hələ də karyerasında istədiyi hədəfinə çatmadığını bildirib:

"Hazırda yaxşı formadayam və inanıram ki, belə də davam edəcəyəm. Ancaq hələ də karyeramda hədəfimə çatmamışam. Bununla belə, indiyə qədər bir sıra uğurlara imza atmışam. Bu səviyyəyə şansımla gəlməmişəm.

Çox çalışdım və bunun bəhrəsini gördüm. Mövsümü titulla bitirmək niyyətindəyik. Karyeramı Madriddə davam etdirmək istəyirəm. "Real"la 3 illik müqaviləm var. Komandamı tərk etmək niyyətində deyiləm". 

Qeyd edək ki, Ronaldonun mövsümün sonunda baş məşqçi Joze Mourinyo ilə birgə yenidən İngiltərəyə qayıdacağı iddia olunur.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord