"Yuventus" Lorente və Farfanla maraqlanır

"Yuventus" Lorente və Farfanla maraqlanır
XƏBƏR 31 Mart 2012 / 18:52 1780
-  A +

İtaliyanın "Yuventus" klubu növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

Qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi "Atletik" (Bilbao) və "Şalke" klublarının iki hücumçusuna "elçi" düşüb.

"Atletik"dən Fernando Lorente, "Şalke"dən isə Cefferson Farfan yeni mövsümdən etibarən "Yuventus"da çıxış edə bilər. "Yuventus" rəhbərliyinin yaxın vaxtlarda hər iki futbolçunun transferi ilə bağlı danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Yuventus"un mövsümün sonunda bir neçə futbolçu ilə yollarını ayıracağı gözlənilir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın