FİFA milli komandamızın futbolçularını sığortalayır

ÖLKƏ FUTBOLU 31 Mart 2012 / 18:35 2427
-  A +

FİFA milli komandaların heyətində çıxış edən bütün futbolçuları sığortalayacaq.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda qərar FİFA-nın İcraiyyə Komitəsinin yığıncağında qəbul edilib.

Artıq FİFA milli komandaların rəsmi oyunlarında zədələnən futbolçulara dəyən zərəri ödəmək üçün 100 milyon dollar vəsait ayıracağını bildirib. Yığıncaqda çıxış edən FİFA prezidenti Yozef Blatter milli üzvlərinin sığortalanmasının sentyabrın 1-dən qüvvəyə minəcəyini açıqlayıb.

Daha öncə futbolçuların zədələnməsi ilə bağlı FİFA-ya şikayət edən Avropanın aparıcı klubları bu qərarla rahatlayacaqlar. Futbol tarixində ilk dəfə həyata keçiriləcək yeni üsul bütün yığmalar kimi Azərbaycan milli komandasına da şamil ediləcək.

Qeyd edək ki, FİFA-nın üzvülüyündə 200-dən artıq milli komanda var.     

Daha çox


Son xəbərlər