Borcu olan komanda aşağı liqaya düşürüldü

Borcu olan komanda aşağı liqaya düşürüldü
XƏBƏR 31 Mart 2012 / 16:27 2210
-  A +

Xorvatiya yüksək liqasında çıxış edən "Varazdin" klubuna ağır cəza kəsilib.

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, buna klubun borclarını ödəyə bilməməsi səbəb olub.

Məhz bu səbəbdən də Xorvatiya Futbol Federasiyası (XFF) "Varazdin" klubunun bu gün yüksək liqada "Cibalia Vinkovci" ilə keçirməli olduğu matçı da təxirə salıb. Bununla yanaşı, artıq ikinci dəfə borcları səbəbindən cəzalandırılan "Varazdin" klubu aşağı liqaya göndərilib.

Qeyd edək ki, 160 min avro borcu olan "Varazdin" klubu bu məbləğin cəmi 13 min avrosunu ödəyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın