"Bavariya"nın hücumçusu Premyer Liqa yolunda

"Bavariya"nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 31 Mart 2012 / 15:48 2509
-  A +

"Bavariya"nın hücumçusu Aryen Roben karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu ilə "Çelsi" və Mançesterin bir təmsilçisinin maraqlandığı iddia olunur.

"Bavariya"dakı oyunu ilə diqqətləri üzərinə çəkən Robenlə daha öncə "Tottenhem" klubu danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdi. Lakin mövsümün sonunda daha 2 ingilis klubunun 28 yaşlı futbolçuya təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, 2004-2007-ci illərdə "Çelsi"nin şərəfini qoruyan Roben bu komandanın heyətində keçirdiyi 67 oyunda 15 qola imza atmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı