"Beşiktaş"ın ulduzunun qızını qaçırmaq istəyiblər

"Beşiktaş"ın ulduzunun qızını qaçırmaq istəyiblər
XƏBƏR 31 Mart 2012 / 15:13 2247
-  A +

Türkiyənin “Beşiktaş” klubunun portuqaliyalı ulduzu Hüqo Almeydanın 4 yaşlı qızının qaçırılmasına cəhd göstərilib.

Qol.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gün Hüqo Almeyda xanmı Andreya Almeyda və 4 yaşlı qızı Matilda ilə birlikdə İstanbulun Sultanahmed meydanına gəzməyə çıxıb.

Gəzintiyə tərcüməçi Mustafa Nerminel də qatılıb. Ana və qızı tərcüməçi ilə birlikdə Sultanahmed məscidinə girmək istəyiblər. Andreya Almeyda məscidin girişində çıxardığı ayaqqabısını qoymaq üçün torba almağa gedib və bu zaman Matilda məscidin bağçasında tək qalıb. Bunu fürsət bilən Ayça S. Matildanın qolundan tutaraq qaçırmağa çalışıb. Matildanın qışqırığını eşidən ana Ayça S.-ni yaxalayıb. Tərcüməçi Mustafa Nerminel də köməyə gəlib. Məsciddəki mühafizəçilərin də dəstəyi ilə Ayça S. polisə təhvil verilib.

Ayça S. polisə ifadə verməkdən imtina edib. Olayı eşidən Ayça S.-nin bacısı Olça S. bacısının şizofreniya xəstəsi olduğunu söyləyib. Prokurorun təlimat ilə Ayça S. Ruhi və Əsəb Xəstələri Xəstəxanasına göndərilib.


Son xəbərlər