"Barselona"nın futbolçusu "İnter"in hədəfində

"Barselona"nın futbolçusu "İnter"in hədəfində
XƏBƏR 31 Mart 2012 / 14:43 2430
-  A +

Bu mövsüm heç də özünə bənzəməyən İtaliyanın "İnter" klubu yeni mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

Qol.Az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Barselona"nın yarımmüdafiəçisinə "elçi" düşüb.

"İnter" "Barselona"dan İbrahim Affelayı heyətinə qatmağı planlaşdırır. Artıq "İnter" rəhbərliyi 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Affelay yenidən komandanın düşərgəsinə qayıdıb. Lakin əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunun "İnter"ə keçidi daha real görünür.

Qeyd edək ki, ötən mövsüm Hollandiyanın PSV (Endhoven) klubundan "Barselona"ya transfer edilən Affelayın komanda ilə 2015-ci ilə qədər müqaviləsi var.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı