Rail Məlikov: "Bu, söz-söhbətlər bizi narahat edir"

Rail Məlikov: "Bu, söz-söhbətlər bizi narahat edir"
ÖLKƏ FUTBOLU 31 Mart 2012 / 14:12 2636
-  A +

"Qarabağ"la oyunöncəsi hakimliklə bağlı ortaya atılmış söz-söhbətlər bizi narahat edir. Bizim bu mövsüm “Qarabağ”a qarşı hər iki qarşılaşmamızdan öncə də hakimliklə bağlı narazılıq yaranmışdı. Amma, bu oyunlarda hakimliyin səviyyəsini hər kəs gördü".

Bu sözləri Qol.Az-a açıqlamasında "Neftçi" klubunun kapitanı Rail Məlikov deyib.

R.Məlikov hakimliklə bağlı yaranmış söz-söhbətlərin yersiz olduğunu bildirib: "Məncə, bu söz-söhbətlər yersizdi. “Qarabağ” bizim üçün doğma komandadır.

Təkcə, bu komandanın adı hər bir azərbaycanlı üçün müqəddəsdir. Üstəlik, “Qarabağ”da milli komandadan yoldaşlarımız da var. İnanıram ki, sabahkı görüş də maraqlı alınacaq. Kim güclüdürsə, o da qalib gələcək".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı