Millinin oyunu canlı yayımlanacaq

XƏBƏR 31 Mart 2012 / 12:41 2620
-  A +

Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə aprelin 9-da keçirəcəyi "play-off" oyunu canlı yayımlanacaq.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futzal azarkeşləri həmin oyunu "İdman Azərbaycan" kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da, Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində keçirələcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord