Mariya Şarapova yenidən finalda

Mariya Şarapova yenidən finalda
XƏBƏR 31 Mart 2012 / 12:19 1438
-  A +

Rusiyalı tennisçi Mariya Şarapova ABŞ-ın Mayami şəhərində keçirilən turnirdə finala yüksəlib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həlledici qarşılaşmada onun rəqibi polşalı Aqneşka Radvanska olacaq.

Yarımfinalda Şarapova danimarkalı Karolin Voznyatskini 4:6, 6:2, 6:4, Radvanska isə fransalı Marian Bartolini 6:4, 6:2 hesabı ilə məğlub edib. Finalçılar əvvəllər Qadın Tennisçilər Assosiasiyasının turnirlərində 8 dəfə üz-üzə gəliblər. Bunların 7-də rusiyalı qalib gəlib. Yalnız 2007-ci ildə keçirilmiş ABŞ-ın Açıq Çempionatında Radvanska yeganə qələbəyə imza atıb.

Qeyd edək ki, Mayami turnirində kişilərin mübarizəsində yarımfinalçılar müəyyənləşib. Serbiyalı Novak Cokoviç, argentinalı Xuan Monakonu, ispaniyalı Rafael Nadal və britaniyalı Endi Mürreyi finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Daha çox


Son xəbərlər