UEFA-dan “Arsenal”ın baş məşqçisinə sərt cəza

UEFA-dan “Arsenal”ın baş məşqçisinə sərt cəza
GÜNDƏM 31 Mart 2012 / 11:47 2348
-  A +

UEFA-nın Nəzarət-İntizam Komitəsi İngiltərə “Arsenal”ının baş məşqçisi Arsen Vengeri sərt cəzalandırıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis Avropa kuboklarında komandasının növbəti 3 oyununu texniki zonadan kənarda izləyəcək.

O, eyni zamanda 40 min avro cərimə ödəyəcək. Cəzaya Çempionlar Liqasının 1/8 finalında “Arsenal”ın İtaliya “Milan”ını 3:0 hesabı ilə yendiyi cavab görüşündən sonra Vengerin nalayiq davranışı səbəb göstərilib. 63 yaşlı baş məşqçi oyunun sloveniyalı baş hakimi Damir Skominanı yanlış idarəçilikdə suçlayıb. Onun fikrincə, Skomina “Arsenal”ın qapısına həddən artıq cərimə zərbəsi təyin edib.

Qeyd edək ki, cavab görüşündə “Milan”ın qapısından 3 top keçirməsinə baxmayaraq, “Arsenal” ¼ finala yüksələ bilməyib. Çünki İtaliya təmsilçisi ilk görüşdə daha böyük hesabla qalib gəlib – 4:0.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı