Yannik Kamanan mart ayının ən yaxşısı

Yannik Kamanan mart ayının ən yaxşısı
ÖLKƏ FUTBOLU 31 Mart 2012 / 11:24 1884
-  A +

Bitməkdə olan mart ayının ən məhsuldar futbolçusu rekordla diqqət çəkib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu “Qəbələ”nin hücumçusu Yannik Kamanandır.

Fransalı legioner ay ərzində baş tutan çempionatın 5 turunda rəqibləri üçün əsl kabus olub.

XXII turun “Rəvan”la səfər matçında dubla imza atan futbolçu ardınca “Kəpəz”lə təxirə salınan XIX turun Gəncədəki oyununda da meydanı qolsuz tərk etməyib. Final mərhələsinin ilk oyununda “Neftçi”nin darmadağına 2 qolla töhfə verən Kamanan ardınca “Qarabağ”la görüşdə “sussa” da “İnter”in də qapısına qol vurub.

Bir ay ərzində 6 qol vuran Yannik bununla da həm Unibank Premyer Liqasında martın ən məhsuldar futbolçusu olub, həm “Ayın futbolçusu” adına əsas namizəd olduğunu ortaya qoyub, həm də rekorda imza atıb. Belə ki, cari mövsümün oyunları keçirilən 7 ay ərzində heç bir futbolçu aya 6 qol vurmayıb.

Qeyd edək ki, ötən ilin sentyabrında Luis Hilario, oktyabrında isə Deon Barton ay ərzində ən çox qol vuran futbolçular arasında olub. Lakin həmin vaxt əvvəl 10, sonra 7 futbolçu eyni sayda qolla liderlik edib.

 

Daha çox


Son xəbərlər