"Neftçi" fan klubu: "Qarabağ"la oyuna hansı hakimin təyin olunacağının bizim üçün heç bir fərqi yoxdu"

XƏBƏR 30 Mart 2012 / 18:01 1782
-  A +

"Neftçi" fan klubu "Qarabağ"la keçiriləcək oyuna FİFA referisi Anar Salmanovun təyinat alacağı və matç zamanı referinin Ağdam təmsilçisinin əleyhinə bəzi qərarlar çıxaracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

"Neftçi" fan klubunun rəhbəri Ceyhun Bədəlzadə Qol.Az-ın müxbiri ilə söhbətində bu matça hansı hakimin təyin olunmasının onlar üçün fərq etmədiyini açıqlayıb:

"Bizim "Qarabağ"la oyunlarımız hər zaman maraqlı keçib. Bu komandalar arasındakı oyunlar prinspiallığı ilə yanaşı, həmişə dostluq ab-havasında oynanılıb. "Qarabağ" azarkeşləri ilə "Neftçi" arasında daim dostluq münasibətləri olub. Bundan sonra da belə olacaq. O ki qaldı matça hansı hakimin təyin olunacağına, bunun bizim üçün heç bir fərqi yoxdu. Bu görüşə hansı hakimi istəyirlərsə, o da təyin olunsun. Biz komandanın gücünə və qələbəsinə inanırıq".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın