Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

XƏBƏR 30 Mart 2012 / 17:16 1779
-  A +

Xəbər verdiyimiz kimi, aprelin 27-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında V Beynəlxalq "Prezident kuboku" turniri keçiriləcək.

Qol.Az-ın məlumatına görə, turnirdə iştirak edəcək komandaların siyahısında dəyişiklik baş verib.

B qrupunda yığmamızla mübarizə aparmalı olan Çin komandasının əvəzinə "Prezident kuboku"nda Türkiyə yığması çıxış edəcək. Turnirin təqvimini bir daha diqqətinizə çatdırırıq:
 


A qrupu

Qazaxıstan
Macarıstan
Türkmənistan
Ermənistan
 

B qrupu

Türkiyə
Azərbaycan
İran
Gürcüstan
 

28 aprel

09:00. Türkiyə – İran
11:00. Azərbaycan – Gürcüstan
13:00. Macarıstan – Ermənistan
17:30. Açılış mərasimi
18:00. Qazaxıstan – Türkmənistan
 

29 aprel

09:00. İran – Gürcüstan
12:00. Türkiyə – Azərbaycan
15:00. Ermənistan – Türkmənistan
18:00. Qazaxıstan – Macarıstan

 
1 may

09:00. Gürcüstan – Türkiyə
12:00. Azərbaycan – İran
15:00. Macarıstan – Türkmənistan
18:00. Qazaxıstan – Ermənistan

 
2 may

09:00. 7-ci yer uğrunda oyun
11:00. 5-ci yer uğrunda oyun
13:00. 3-cü yer uğrunda oyun
18:00. Final
19:50. Mükafatlandırma mərasimi
 
Qeyd edək ki, 2011-ci ildə keçirilmiş "Prezident kuboku"nun qalibi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord