Əmrah Çəlikəl: "Güman edirik ki, AFFA bizi başa düşəcək"

XƏBƏR 30 Mart 2012 / 17:08 1685
-  A +

"Qarabağ" klubu aprelin 2-5-də Bakıda keçiriləcək Azərbaycan milli komandasının təlim-məşq toplanışına futbolçularını buraxmamasına aydınlıq gətirib.

Klubun direktoru Əmrah Çəlikəl Qol.Az-ın müxbiri ilə söhbətində AFFA ilə anlaşdıqlarını bildirib.

"Məsələ ilə bağlı AFFA-ya rəsmi məktub göndərmişik. Unibank Premyer Liqasında sıx qrafikin olduğunu nəzərə alaraq futbolçuları təlim-məşq toplanışına buraxmamağı qərar aldıq. Çünki millinin düşərgəsindən yorğun qayıdacaq "Qarabağ"lı futbolçular daha sonra "İnter"lə çətin oyuna çıxacaqlar ki, bu da komandanın oyununa mənfi təsir göstərir. Bunu nəzərə alaraq AFFA-ya müraciət etdik. Güman edirik ki, onlar bizi başa düşəcəklər".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı