Hakim paltardəyişmə otağında 5 futbolçuya qırmızı vərəqə göstərdi

Hakim paltardəyişmə otağında 5 futbolçuya qırmızı vərəqə göstərdi
XƏBƏR 29 Mart 2012 / 03:28 2410
-  A +

İngiltərənin səviyyəcə dördüncü çempionatının “Bredford” – “Krouli” matçından sonra hakim 5 futbolçuya paltardəyişmə otağında qırmızı vərəqə göstərib.
 
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, sərt cəza meydan sahiblərinin 3, qonaqların 2 oyunçusuna tətbiq edilib.

Onlar matçdan sonra dalaşıblar. Hakim isə paltardəyişmə otağında olduqları vaxt futbolçuları “haqlayıb”. Oyunçulardan biri Endryu Devis mövsüm ərzində 3-cü dəfə qırmızı vərəqə alıb. Bu səbəbdən, Devis avtomatik olaraq, qarşıdakı 5 matçda “Bredford”a kömək edə bilməyəcək. Komandanın baş məşqçisi Fil Parkinson referinin paltardəyişmə otağında oyunçuları bir yerə topladıqdan sonra onlara qırmızı vərəqə göstərməsi halı ilə ilk dəfə rastlaşdığını bildirib.

Qeyd edək ki, baş hakim oyun zamanı meydan sahiblərinin 1, qonaqların 6 oyunçusuna sarı vərəqə göstərib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı