Bakıda qazanılan qələbə Əziz Yıldırımı ağlatdı

Bakıda qazanılan qələbə Əziz Yıldırımı ağlatdı
XƏBƏR 29 Mart 2012 / 01:50 1810
-  A +

Türkiyənin qadın voleybolçulardan ibarət “Fənərbaxça” komandasının Bakıda keçirilmiş Çempionlar Liqasının “4-lər finalı”nda qazandığı qələbə klub prezidenti Əziz Yıldırımı ağladıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, duyğusal anlar qardaş ölkənin futbolunda danışılmış oyunlarla bağlı keçirilən məhkəmə prosesində yaşanıb.

“Fənər”in kapitanı Səda Tokatlıoğlu məhkəmənin hakimi Mehmet Ekinciyə üzərində bütün komanda üzvlərinin imzası olan voleybol topu hədiyyə edib. Bu zaman məhkəmə zalında alqış səsləri ucalıb. Zalda olan klub rəsmiləri göz yaşlarına hakim ola bilməyiblər. Yıldırım isə müttəhimlərin olduğu bölümün kənarına gələrək bütün komandanı və məşqçilər heyətini təbrik edib. Bu zaman klub prezidenti də göz yaşları axıdıb.

Qeyd edək ki, “Fənərbaxça” üzvləri Çempionlar Liqasının kubokunu özləri ilə gətirsələr də, baş mükafat məhkəməyə buraxılmayıb.


Son xəbərlər