Mourinyo Türkiyə yığmasının futbolçularından imtina edir

Mourinyo Türkiyə yığmasının futbolçularından imtina edir
GÜNDƏM 29 Mart 2012 / 01:33 3868
-  A +

İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo yaxın vaxtlarda 3 futbolçu ilə vidalaşmaq niyyətindədir.
 
Qol.Az-ın “El Confidencial”a istinadən verdiyi məlumata görə, bunlardan ikisi Türkiyə milli komandasının üzvləri – Nuri Şahin və Hamit Altıntopdur.

Digər oyunçu isə ispaniyalı Raul Albioldur. 23 yaşlı Şahin icarəyə verilə bilər. 27 yaşlı Albiolla elə İspaniya klubları yaxından maraqlanırlar. 30 yaşlı Altıntop isə ya İngiltərə, ya da Almaniyaya yollana bilər.

Qeyd edək ki, Nuri Şahindən fərqli olaraq, Raul Albiolla Hamit Altıntop satılacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı