Afrikada 20 futbolçu çayda boğularaq öldü

Afrikada 20 futbolçu çayda boğularaq öldü
GÜNDƏM 29 Mart 2012 / 00:48 2434
-  A +

Daha bir futbol faciəsi Afrika qitəsində yaşanıb.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, Konqo Demokratik Respublikasında "Virgin KA" klubunun 20 futbolçusu həlak olub.

Bazar günü səfərdə keçirilən oyundan sonra azarkeşləri ilə birgə evinə qayıdan komanda Zamibiyada bir çayda qəzaya uğrayıb. Güclü külək və şiddətli dalğalara tuş gələn 3 qayığın aşması ilə təxminən 100 nəfərlik heyət sulara qərq olub. Hadisə yerinə gələn xilasedicilər 80 nəfəri sudan çıxarmağa müvəffəq olsa da, 20 futbolçu çayda boğularaq dünyasını dəyişib.   

Qeyd edək ki, FİFA prezidenti Yozef Blatter hadisə ilə bağlı Konqo Futbol Federasiyasının (KFF) rəhbəri Konstant Omari Selemaniyə başsağlığı məktubu göndərib. 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın