Georgi Nikolov: «PFL qərar versə, Ağdama gedəcəyik»

XƏBƏR 17 Aprel 2009 / 16:47 2266
-  A +

“Gəlin tələsməyək, ilk əvvəl PFL-in nümayəndələrinin Quzanlı stadionundakı vəziyyətlə bağlı fikirlərini gözləyək”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri PFL-in prezidenti Ramin Musayevin “Stadionda problem olmasa, “Qarabağ” may ayında bütün ev oyunlarını Ağdamda keçirəcək” açıqlamasına münasibət bildirərkən  “İnter”in prezidenti Georgi Nikolov deyib. Bolqarıstanlı klub rəsmisi bildirib ki, əgər PFL bu cür qərar qəbul etsə, onlar Ağdama yollanacaqlar: “Əgər PFL və AFFA qərar qəbul etsə ki, “Qarabağ” ev oyunlarınmı Ağdamda keçirəcək, biz nə edə bilərik ki? Bu zaman Ağdama yollanacağıq. Həm AFFA, həm də PFL bu ölkənin ali futbol qurumlarıdır. Biz də onların dediklərinə əməl etməliyik”.     

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın