AZAL-ın məşqçisi "Bakı"ya final arzuladı

XƏBƏR 28 Mart 2012 / 20:45 1312
-  A +

“İki hissə arasında böyük fərq var idi. Bəzi futbolçularım formada deyildi. Rəqibi təbrik edirəm. Onların finalda oynamalarını arzulayıram”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib.

Qeyd edək ki, AZAL klubu bu gün keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin təkrar oyunu çərçivəsində “Bakı”ya 1:2 hesabı ilə məğlub olaraq kubokda mübarizəni dayandırıb.

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş də “Bakı”nın qələbəsi (3:1) ilə başa çatmışdı.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq