Novruz Əzimov: “Bakı” daha yaxşı oynaya bilərdi”

Novruz Əzimov: “Bakı” daha yaxşı oynaya bilərdi”
XƏBƏR 28 Mart 2012 / 20:44 1263
-  A +

“Kubok oyunları adətən çətin olur. Oyun bizim üçün yaxşı başladı. Futbolçularım yaxşı oynadılar. Daha da yaxşı oynaya bilərlər”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, bu sözləri “Bakı”nın məşqçisi Novruz Əzimov bu gün AZAL-a ölkə kubokunun 1/4 final mərhələsinin 2:1 hesabıyla qalib gəldikləri cavab oyunundan sonra deyib.

O qeyd edib ki, rəqib on nəfər qalandan sonra futbolçuları arxayınlaşıb: “Nəticədə rəqib hesabı bərabərləşdirdi. AZAL ikinci hissədə bizdən üstün oyun göstərdi. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram”.

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş də “Bakı”nın qələbəsi (3:1) ilə başa çatmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki