Yunis Hüseynov: "Qoldan sonra futbolçular sanki "söndülər"

Yunis Hüseynov: "Qoldan sonra futbolçular sanki "söndülər"
ÖLKƏ FUTBOLU 28 Mart 2012 / 20:28 3257
-  A +

“Yaxşı oyun keçdi. Cavab qarşılaşmasının çətin keçəcəyini bilirdik. Fikrimcə, qələbəyə layiq oyun göstərdik. İlk hissədə kobud səhvdən qol buraxdıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün “İnter”lə ölkə kubokunun təkrar yarımfinal oyunundan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Xatırladaq ki, Lənkərandakı bugünkü qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. İlk oyun 3:2 hesabıyla “İnter”in xeyrinə başa çatdığından növbəti mərhələyə də məhz onlar adlayıb.


“Bu oyunun çətin olacağı bizə bəlli idi. Oyuna yaxşı başladıq. İlk iyirmi dəqiqədə komanda pis təsir bağışlamırdı. Amma buraxıln qoldan sonra futbolçular sanki "söndülər". Buna baxmayaraq, ikinci hissədə toparlanmaq mümkün oldu. Komandamız bu gün kifayət qədər yarada bildi. Təəssüf ki, bunların hamısını dəyərləndirmək mümkün olmadı. Qolu isə öz səhvimizdən buraxdıq. Hələ də futbolçuların fiziki hazırlığının səviyyəsi məni tam qane etmir” - deyə o qeyd edib.

Y.Hüseynov deyib ki, bundan sonra çempionatda liderlər qrupundan ayrılmamağa çalışacaqlar.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın