Böyükağa Hacıyev: "Yarımfinaldakı rəqibimizi də məğlub edəcəyik"

Böyükağa Hacıyev: "Yarımfinaldakı rəqibimizi də məğlub edəcəyik"
GÜNDƏM 28 Mart 2012 / 20:25 2327
-  A +

“Təqvimin sıx olduğunu nəzərə alıb, əsas heyətin bir neçə oyunçusuna istirahət vermişdim. Zədə üzündən Rail Məlikovla Ruslan Abışov da meydana çıxa bilmədi”.

Qol.Az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə cavab oyunu (1:1) haqda fikirlərini açıqlayan Hacıyev səfər qələbəsi (2:1) sayəsində yüksəldikləri yarımfinaldakı rəqib haqda da danışıb: “Yenə gənclərə şans verməyi lazım bildik. Onlar da ümidləri doğrultdular. Komandadan razıyam. Yarımfinalda kiminlə qarşılaşmağın fərqi yoxdur. İstər “İnter” olsun, istər “Xəzər Lənkəran” – onsuz da hansı olsa, onu da məğlub edəcəyik”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı