Fatih Kavlak: «Qarabağ» mərhələ keçməyə layiq idi»

Fatih Kavlak: «Qarabağ» mərhələ keçməyə layiq idi»
ÖLKƏ FUTBOLU 28 Mart 2012 / 17:36 1936
-  A +

«Oyun gərgin mübarizə şəraitində keçdi. İki oyunun nəticəsinə növbəti mərhələyə «Qarabağ» keçdi ki, onlar da buna layiq idilər».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Qəbələ»nin baş məşqçisi Fatih Kavlak bu gün keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin təkrar yarımfinal oyunundan sonra deyib.

Xatırladaq ki, «Qarabağ» iki oyunun nəticəsinə əsasən (səfərdə 2:2, evdə 0:0) növbəti mərhələyə adlayıb.

Fatih Kavlak bildirib ki, təkrar matçın ilk yarısında yaxşı oyun nümayiş etdiriblər: «Amma fasilədən sonra «Qarabağ» topa daha çox nəzarət etdi. Növbəti oyunlarda «Qarabağ»a uğurlar arzulayıram. Bundan sonra bütün diqqətimizi çempionat oyunlarına yönəldəcəyik. Məqsədimiz yaxşı nəticə qazanıb Avroliqaya vəsiqə qazanmaqdır».

 

Daha çox


Son xəbərlər