Doroşevs: “Hər şey özümüzdən asılıdır”

XƏBƏR 28 Mart 2012 / 13:06 1586
-  A +

“Biz bütün komandayla yalnız qələbəyə köklənmişik. Nəticənin necə olacağına gəlincə, bunu qarşılaşmanın sonunda görəcəyik”.

Qol.az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun qapıçısı Pavels Doroşevs deyib.

Bu gün “Qarabağ”la keçirəcəkləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu (ilk oyun 2:2) barədə danışan latviyalı qapıçı növbəti mərhələyə adlamaq şanslarının qaldığını deyib: “Hər şey özümüzdən asılı olacaq. Düzdü, rəqibimiz Azərbaycanın ən güclü komandalarından hesab olunur. Lakin biz də nəyə qadir olduğumuzu göstərməliyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı