Azərbaycan kubokunun yarımfinalındakı cütlüklər bəlli oldu

Azərbaycan kubokunun yarımfinalındakı cütlüklər bəlli oldu
ÖLKƏ FUTBOLU 28 Mart 2012 / 19:56 5485
-  A +

Bu gün keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin təkrar oyunlarından sonra yarımfinalçılar bəlli olub.

Qol.Az-ın məlumatına görə, ilk oyunda səfərdə "Qəbələ"ylə 2:2 hesabıyla bərabərə qalan "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb. Quzanlıda bu komandaların oyunu 0:0 hesabiyla yekunlaşıb. 1/2 finalda "Qarabağ"ın rəqibi "Bakı" olub. "Zolaqlılar" ilk oyunda 3:1 hesabıyla məğlub etdiyi AZAL-ı səfərdə də məğlub edib - 2:1.

Yarımfinaldakı digər oyununda "Neftçi" ilə "İnter" qarşılaşacaq. Bu gün "Neftçi" səfərdə 2:1 hesabıyla qalib gəldiyi "Kəpəz"lə bərabərə qalıb - 1:1.  "İnter"i isə ilk matçda 3:2 hesabıyla yendiyi "Xəzər Lənkəran"la səfər qarşılaşmasında heç-heçə edib - 1:1.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunu aprelin 18-də, cavab qarşılaşması isə aprelin 25-də baş tutacaq. İlk görüşlər "Bakı" və "İnter"in meydanında baş tutacaq.

Final oyunu isə mayın 17-də, "Dalğa Arena" stadionunda keçiriləcək.


 

Daha çox


Son xəbərlər