Kubokun 1/4 final mərhələsinə yekun vuruldu

ÖLKƏ FUTBOLU 28 Mart 2012 / 19:54 17529
-  A +

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, baş tutan 4 cavab qarşılaşmasından sonra kubokun yarımfinalçıları müəyyənləşib.

Bu mərhələnin ilk cavab matçı isə Quzanlı qəsəbə stadionunda baş tutub. Burada yerli "Qarabağ" klubu Qəbələnin eyniadlı komandasını qəbul edib. Səfərdə rəqibi ilə 2:2 hesablı bərabərə qalan Ağdam təmsilçisi doğma azarkeşləri qarşısında qələbə qazanmağa çalışacaqdı. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyun elə başladığı kimi də başa çatıb - 0:0. 

İlk "altılıq"dan kənarda qalmaqla bütün diqqətini ölkə kubokuna yönəldən paytaxtın AZAL klubu isə öz meydanında "Bakı"nı qəbul edib. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Bakı" bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin bu görüşdə də qələbə qazanan "zolaqlılar" adını yarımfinala yazıdırıb. "Bakı" bu mərhələdə isə "Qarabağ"la qarşılaşacaq.

Unibank Premyer Liqasının vahi lideri olan "Neftçi" klubu ölkə kubokunda da inamla irəliləyir. Gəncədə keçirilən ilk görüşdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar" eyni uğuru bu dəfə dorma meydanda təkrarlamağa çalışacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar - 1:1. Bu nəticə sayəsində "Neftçi" də yarımfinala yüksəlib.  

Günün mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli "Xəzər Lənkəran" klubu paytaxtın "İnter" komandasını sınağa çəkib. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1. "İnter" ilk görüşdəki üstünlüyünü qorumaqla növbəti mərhələyə adlayıb.



 


28 mart (çərşənbə)

Azərbaycan kuboku, 1/4 final mərhələsinin cavab görüşləri

18:00. "Xəzər Lənkəran" - "İnter" (ilk oyun - 2:3) - 1:1
Qollar:
Baçana Sxadadze, 29 (0:1), Randal Brenes, 82 (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov
Lənkəran şəhər stadionu.


“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes

“İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze



15:00. "Qarabağ" - "Qəbələ" (ilk oyun - 2:2) - 0:0
Hakimlər:
Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov
Quzanlı qəsəbə stadionu.


“Qarabağ”: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya

“Qəbələ”: 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo


16:00. AZAL - "Bakı" (ilk oyun - 1:3) - 1:2
Qollar:
Xavier Junior, 5 (0:1), Orxan Səfiyaroğlu, 52 (1:1), Xavier Junior, 85 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Anar Salmanov
"AZAL Arena" stadionu


16:00. "Neftçi" - "Kəpəz" (ilk oyun - 2:1) - 1:1
Qollar:
Yuri Fomenko, 33 (0:1), Bahadır Nəsimov, 49 (1:1)
Qırmızı vərəqə:
Mirhüseyn Seyidov ("Neftçi"), Əli İsmayılov ("Kəpəz"), 78
Hakimlər:
Rəhim Həsənov, Mübariz Haşımov, Azər Əsgərov, Vüsal Əliyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

“Neftçi”:
1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahadır Nəsimov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (k), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə

“Kəpəz”: 88. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko
 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord