Milanda səssizlik, "Bavariya" "Marsel"i məğlub etdi

Milanda səssizlik, "Bavariya" "Marsel"i məğlub etdi
DÜNYA FUTBOLU 29 Mart 2012 / 01:36 5338
-  A +

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.

Almaniyanın turnirdə yeganə təmsilçisi olan "Bavariya" Fransada "Marsel" klubunun qonağı olub. Bu görüşün əsas favoriti "Bavariya" hesab olunsa da, "Marsel" doğma meydan amilindən maksimum yararlanmağa çalışacaqdı. Lakin səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən "Bavariya" cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edib.

Bu mərhələnin ən maraq doğuran qarşılaşması isə Milanda baş tutub. Burada yerli "Milan" klubu "Barselona"nı qəbul edib. Bu mövsüm qrup mərhələsində üz-üzə gələn komandalar bu dəfə yarımfinala çıxmaq uğrunda mübarizə aparıblar. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 3 və 4-də keçiriləcək.





28 mart

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları
 
23:45. "Milan" (İtaliya) – "Barselona" (İspaniya) - 0:0

23:45. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya) - 0:2
Qollar:
Qomez, 44 (0:1), Roben, 70 (0:2)

 

27 mart
 
APOEL (Kipr) - "Real" (Madrid, İspaniya) - 0:3
Qollar:
Benzema, 74 (0:1), 90 (0:3), Kaka, 82 (0:2)

"Benfika" (Portuqaliya) – "Çelsi" (İngiltərə) - 0:1
Qol:
Kalu, 75 (0:1)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı